
Görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib. İradə Xəlilova qonağa Mədəniyyət Mərkəzi ilə görülmüş işlər barədə geniş məlumat verərək əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Ə.Purmərcan İran Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanmış və yeni çapdan çıxmış Əbülqasim Firdovsinin ikicildlik “Şahnamə” əsərini hədiyyə edib. Qonaq, həmçinin Xəzər Universitetində fəaliyyət göstərən Mövlana Ədəbi Fəlsəfi Araşdırmalar Mərkəzi ilə tanış olub.
Tehsil-press.az