
Səfərin məqsədi Osmanqazi və Xəzər universitetləri arasında təhsil və tədqiqat əməkdaşlığını müzakirə etmək olub. Vurğulanıb ki, əməkdaşlıq nanotexnologiya, materialşünaslıq və biomühəndislik kimi mühəndisliyin bir çox sahələrində qarşılıqlı tədqiqat işlərini əhatə edəcək. Həmçinin bura maşınqayırma, kompüter mühəndisliyi, kompüter elmləri, elektrik və elektronika və inşaat mühəndisliyi sahələrində tələbə mübadiləsi, ikili dərəcə və ortaq dərəcə proqramları daxildir.
Osmanqazi Universitetinin rektoru, professor Kamal Şenocak və Mərkəzi tədqiqat laboratoriyasının direktoru, professor Vural Bütün ilə görüşdə təhsil və tədqiqat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Qeyd olunub ki, əməkdaşlığa başlamaq üçün tərəflər arasında tezliklə müqavilə imzalanacaq.
Tehsil-press.az