Heydər Əliyev Fondunun layihə koordinatoru Folklor İnstitutunun qonağı olub

Heydər Əliyev Fondunun layihə koordinatoru Folklor İnstitutunun qonağı olub Heydər Əliyev Fondunun layihə koordinatoru Nərminə Xəlilova AMEA-nın Folklor İnstitutunun qonağı olub.
Məqsəd Qarabağın mədəni irsinin öyrənilməsi ilə bağlı institutda aparılan işlərlə tanışlıq olub.
Müəssisənin direktoru, akademik Muxtar İmanov görüş zamanı bildirib ki, Qarabağın zəngin mənəvi irsi ilə bağlı işlər iki istiqamətdə aparılıb. Onun sözlərinə görə, ilkin mərhələdə sözügedən regiondan toplama materialları əldə edilib. Daha sonra onların öyrənilməsi və nəşri həyata keçirilib. M.İmanov gələcəkdə institut kollektivinin Heydər Əliyev Fondu ilə birgə Qarabağ folklorunun toplanması və tədqiqi istiqamətində müştərək işlər görməyə hazır olduğunu bildirib.
Görüşün sonunda qonağa Qarabağ folkloru ilə bağlı müəssisənin nəşrləri, eləcə də albom və disklər təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər