
Ziyarətdə universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini İkram Cəbrayılov, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrləri və Missiya TV-nin çəkiliş qrupu iştirak ediblər.
Şəhidin valideynləri Həsən Əhmədov və Xatirə Əhmədova Nicatın Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan, ölkəmizin ərazi bütövlüyü naminə onun göstərdiyi fədakarlıqdan bəhs edib, övladları ilə qürur duyduqlarını deyiblər.
Görüşdə torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolunun örnək olması, hər bir Azərbaycan vətəndaşının qəhrəmanlarımızla qürur duyduğu vurğulanıb.
Tehsil-press.az