Bakı Texniki Kollecində şəhidlərə həsr edilən guşə yaradılıb

Bakı Texniki Kollecində şəhidlərə həsr edilən guşə yaradılıb Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecində “Şəhidlər ölməz, Vətən bölünməz” adlı guşə açılıb.
Məqsəd şəhidlərimizin qəhrəmanlığının gənc nəsillərə örnək olması və onların adlarının yaşadılmasıdır. Guşədə Azərbaycanın Milli qəhrəmanları Polad Həşimov, İlqar Mirzəyev, Əlif Hacıyev, Riad Əhmədov və digərləri ilə yanaşı Bakı Texniki Kollecinin də şəhid tələbə və məzunlarının fotoları yer alıb.
Qeyd edək ki, Bakı Texniki Kollecinin 30-dan çox tələbə və məzunu 44 günlük Vətən müharibəsində iştirak edib. Onlardan Elxan Ramazanov və Elçin Abbasov şəhidlik zirvəsinə ucalıb, üç nəfər isə qazi olub.

Tehsil-press.az



Oxşar xəbərlər