BDU-nun Psixoloji yardım sektorunun əməkdaşları tələbələrə dəstək göstərir

BDU-nun Psixoloji yardım sektorunun əməkdaşları tələbələrə dəstək göstərir Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun əməkdaşları Natavan Həsənzadə və Turqay Əlisalamzadə laboratoriya məşğələlərində əyani iştirak edən tələbələrlə görüşüb, onlarla söhbətlər aparıblar.
Bir ilə yaxındır davam edən xüsusi karantin rejimi dövründə psixoloqlar onlayn dərslərə qoşulan tələbələrin qismən əyani dərslərdə necə iştirak etdikləri, çətinliklərinin olub-olmadığı ilə maraqlanıb, ehtiyac hiss edərlərsə, onlara hər zaman psixoloji dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Mütəxəssislər insan psixikasının çox elastik olduğunu qeyd edib, pandemiya şəraitinin yaratdığı narahatlığın aradan qaldırılması ilə bağlı məsləhətlər veriblər. Bildirilib ki, pandemiya dövründə tələbələrlə mütəmadi əlaqə saxlanılır, ehtiyacı olan tələbələrlə onlayn konsultasiyalar təşkil edilir. Hər bir tələbə istədiyi vaxt sektora müraciət edə bilər.
Tələbələr laboratoriya məşğələlərində həvəslə iştirak etdiklərindən, eyni zamanda, onlayn dərslərə də qoşulduqlarından danışıb, göstərilən diqqət və dəstəyə görə sektorun əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər