BDU-da elmi seminarda diferensial operatorların bazislik xassələri müzakirə olunub

BDU-da elmi seminarda diferensial operatorların bazislik xassələri müzakirə olunub Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib requlyar şturm sistemlərinin məxsusi funksiyalarının bazislik xassələri və spektral ayrılışlarının müntəzəm yığılması” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarda Riyazi analiz kafedrasının professoru, riyaziyyat elmləri doktoru Ziyatxan Əliyevin mövzu üzrə məruzəsi dinlənilib.
Məruzəçi bir ucu bərkidilmiş, digər ucunda inersial yük olan bircins Eyler-Bernulli çubuğunun əyilmə rəqslərini təsvir edən sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün spektral məsələ barədə danışıb.
Professorlar Sadiq Abdullayev, Əli Əhmədov, Arif Səlimov, Hamlet Quliyev, dosentlər Telman Qasımov, Yusif Sevdimalıyev məruzə ilə bağlı öz fikirlərini bildirib, elmi seminarın çox aktual və əhəmiyyətli bir məsələnin müzakirəsinə həsr olunduğunu vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər