
Seminarda Fizika İnstitutunun böyük elmi işçisi Gülnaz Qəhrəmanova “Karbon nanoboruları (KNB) və polimerlər əsasında keçirici kompozitlərin hazırlanması” adlı məruzə ilə çıxış edib. Məruzədə KNB/polimer kompozitlərinin elektrik, möhkəmlik, optik xassələri haqqında danışılıb, onların tətbiq sahələrindən birinin keçirici kompozitlərin hazırlanması olduğu qeyd edilib. Eyni zamanda, KNB/polimer kompozit təbəqələrin nanoelektronika, sensor texnologiyası, aerokosmos və digər sahələrdə tətbiq imkanlarından bəhs edilib.
Seminar mövzu ətrafında müzakirə ilə davam edib.
Tehsil-press.az