Göyərçinləri şahinlərə yem edən ərəblər cərimələndi + Video

Göyərçinləri şahinlərə yem edən ərəblər cərimələndi + Video Göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlər cərimələnib.
Aparılan monitorinqlər zamanı Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb.
Təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayılan videoda ərəb turistlərin dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etdiyi görünürdü.



Tehsil-press.az


Oxşar xəbərlər