BDU-da onlayn dərslər uğurla davam edir

BDU-da onlayn dərslər uğurla davam edir Bakı Dövlət Universitetində (BDU) təhsilin davamlılığı onlayn (məsafədən) formada uğurla davam edir.
Tədris prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə də imkan verən “Microsoft Teams” platforması üzərindən həyata keçirilir. Eyni zamanda, Təhsil Nazirliyinin 2021-ci il 15 fevral tarixli məktubuna müvafiq olaraq bakalavriat səviyyəsi üzrə Kimya, Biologiya, Fizika, Ekologiya və torpaqşünaslıq, Geologiya fakültələri üzrə laboratoriya dərsləri, Şərqşünaslıq fakültəsi üzrə praktiki fənlərlə bağlı məşğələ dərsləri könüllülük əsasında ənənəvi formada təşkil olunur.
Ümumilikdə, 170 qrup üzrə 3500 tələbə ənənəvi formada tədris prosesinə cəlb edilib. Tələbələrin 95 faizindən çoxu ənənəvi və onlayn formada təşkil olunan dərslərdə aktiv şəkildə iştirak edir. Onlayn dərslərin video qeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirəni yenidən izləmək imkanı verir.

Tehsil-press.az


Oxşar xəbərlər