Zelenski cəbhədə çətin anlar yaşadı - Video

Zelenski cəbhədə çətin anlar yaşadı - Video Rusiya və Ukrayna arasında yaşanan Donbas böhranında hər gün bir yenilik qeydə alınır.
Sərhəddəki hərbçiləri ziyarət edən Ukrayna Prezidenti Vladimir Zelenskinin çətin anlarını “CNN International”ın kamerası lentə alıb.
Gərginliyin yaşandığı sərhəd bölgəsini ziyarət edən Zelenskini “CNN International”ın müxbiri Metyu Şans da müşayiət edib və tarixə keçən anları qeydə almaq şansı əldə edib.
Kameranın anbaan qeydə aldığı o anlarda Zelenski sərhəddəki səngərləri gəzərkən, separatçıların snayper atəşlərinə hədəf ola biləcək bir yerə gəlir və o anda Ukrayna Prezidenti CNN-in müxbiri və operatoruna qaçmalarını deyir. Saniyələr içində komanda ziqzaqvari hərəkətlərlə təhlükəsiz bir sahəyə irəliləməyə nail olurlar.
Müxbir əlavə edib ki, cəbhədə hətta dövlət rəhbəri belə təhlükəsizlikdə deyil.



Tehsil-press.az


Oxşar xəbərlər