BMT-dən Putin-Bayden görüşü ilə bağlı - Açıqlama

BMT-dən Putin-Bayden görüşü ilə bağlı - Açıqlama “Rusiya və ABŞ arasında açıq və müsbət istiqamətli dialoq sülh və təhlükəsizlik baxımından son dərəcə vacibdir”.
Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Rusiya lideri Vladimir Putin və ABŞ Prezidenti Co Baydenin telefon söhbətini şərh edərkən deyib.
“Təhlükəsizlik Şurasının iki daimi üzvü olan Moskva ilə Vaşinqton arasında açıq və müsbət yönümlü dialoqun olmasının BMT-də sülh və təhlükəsizlik üçün davam edən çalışmalar baxımından son dərəcə vacib olduğunu düşünürəm. İki ölkə arasındakı hər cür dialoqu dəstəkləyəcəyik”, - S.Dujarrik deyib.
Qeyd edək ki, bu gün Putin və Bayden arasında bir sıra vacib məsələlərin müzakirəsinə həsr olunmuş telefon danışığı baş tutub. Bayden Putini üçüncü bir ölkədə görüşməyi təklif edib.
Avstriya XİN isə belə bir görüş üçün platforma olmağa hazır olduğunu açıqlayıb.

Tehsil-press.az



Oxşar xəbərlər