Əhalinin 90 faizi peyvənd olunmayıb

Əhalinin 90 faizi peyvənd olunmayıb Azərbaycanda əhalinin 10 faizi koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunub.
Bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Vaksinasiya olunmayanlar isə hələ ki, ölkə əhalisinin 90 faizini təşkil edir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 4-nə olan statistikasına görə, Azərbaycanda koronavirus əleyhinə 19 min 286 vaksin vurulub. Birinci mərhələdə peyvənd olunanların sayı 4702, ikinci mərhələ üzrə 14584 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 536 min 328, birinci mərhələ üzrə vaksin olunanların sayı 980005 , ikinci mərhələ üzrə isə 556323 nəfər təşkil edir.

Tehsil-press.az



Oxşar xəbərlər