BDU tələbələri Koreya dili nitq müsabiqəsinin qalibləri olublar

BDU tələbələri Koreya dili nitq müsabiqəsinin qalibləri olublar Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Bakı Seconq Dil məktəbində Koreya dili nitq müsabiqəsi keçirilib.
Nitq yarışması üç mərhələdə keçirilib. İlkin mərhələni uğurla başa vuran 8 tələbə finalda iştirak etmək hüququ qazanıb. Finalda iştirak etməyə haqq qazanan iştirakçılardan üçü BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələridir. Nitq yarışmasında I yerə Nuranə Abbasova, II yerə isə Nigar Bəkirova layiq görülüb.
Müsabiqənin son mərhələsi dünyanın müxtəlif ölkələrində finala yüksəlmiş tələbələrin iştirakı ilə Koreyada keçiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər