Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili-Koreya dili ixtisasının II kurs tələbələri Aydan Hacıyeva və Aytən Məmmədova Koreyada təhsil almaq hüququ qazanıb. Onlar Koreya Xarici Dillər Universiteti (HUFS) ilə ADU-nun bağladığı müqaviləyə əsasən 2017-2018 tədris ilinin 1-ci semestrini Koreyada oxuyacaqlar.Aydan Hacıyeva və Aytən Məmmədova akademik göstəricilərinə əsasən universitetin Koreya dili müəllimləri tərəfindən seçilərək Koreyaya göndərilib.
Qeyd edək ki, ADU ilə Koreya Xarici Dillər Universiteti arasında müqavilə 2010-cu ildə bağlanıb və bu günə qədər universitetin 20 tələbəsi bu mübadilə proqramından yararlanaraq Koreyada təhsil alıb.
ADU-nun Mətbuat Xidməti














