BDU-nun tələbələri Spin Koater texnoloji qurğusu hazırlayıb

BDU-nun tələbələri Spin Koater texnoloji qurğusu hazırlayıb Bakı Dövlət Universitetində (BDU) tələbələrin və gənc tədqiqatçıların elmi-tədqiqatlara cəlb olunması, onlarda elmi ideyaların reallaşdırılması, patentləşdirilməsi, tanıtımı və tətbiqi istiqamətlərində işlər davam edir.
Tələbələrin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşları və tələbələr tərəfindən elektron cihazların müxtəlif xassəli baza materiallarının mikro və nanoquruluşlu bircins nazik təbəqələrinin asanlıqla alınmasına imkan verən Spin Koater qurğusu hazırlanıb. Qurğu bir çox texniki xüsusiyyətləri ilə mövcud analoqlarını üstələyir.

Tehsil-press.az


Oxşar xəbərlər