DİM “ETS Global” təşkilatı ilə əməkdaşlıq çərçivəsində vebinara qeydiyyat elan edir

DİM “ETS Global” təşkilatı ilə əməkdaşlıq çərçivəsində vebinara qeydiyyat elan edir Dövlət İmtahan Mərkəzi (DİM) və “ETS Global” təşkilatı tərəfindən mayın 31-i saat 15:00-da “The GRE® General Test: Insights You Need” adlı vebinar keçiriləcək.
Vebinarın qeydiyyat linki mayın 28-dək aktiv olacaq.
GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali məktəblərində magistr, MBA, doktorantura təhsili almaq üçün tələb olunur və təqaüd verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.
Vebinarın keçirilməsində məqsəd GRE imtahanına qeydiyyat, imtahanın strukturu, nəticələr və hazırlıq resursları barədə məlumat verməkdir. Spiker qismində “ETS Global” təşkilatının nümayəndəsi Yasemin Arşın “GRE® General Test” barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq.
“Zoom” platforması üzərindən ingilis dilində keçiriləcək vebinarda iştirak üçün DİM-in saytında verilmiş linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmiş iştirakçılara vebinarın “Zoom” linki mayın 29-da göndəriləcək.
Xatırladaq ki, DİM ETS-in (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) rəsmi test mərkəzi olaraq 2020-ci ildən etibarən GRE imtahanlarını təşkil edir.
GRE imtahanı da daxil olmaqla, DİM-in keçirdiyi digər beynəlxalq imtahanlar haqqında Mərkəzin saytında müvafiq linkdən məlumat əldə etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər