Namanqan Dövlət Universitetində “Özbək filologiyasında mətnşünaslıq və mənbəşünaslıq məsələləri" mövzusunda keçirilən beynəlxalq elmi konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova və filologiya elmləri doktoru, professor Nizami Tağısoy Məmmədov iştirak ediblər.
Almaz Ülvinin "Əlişir Nəvai yaradıcılığına elmi-nəzəri baxış" və Nizami Tağısoyun "Nəsimi poeziyası Azərbaycan-özbək ədəbi əlaqələri müstəvisində" mövzusunda məruzələri maraqla qarşılanıb.
Konfransda "Bədii sənətin şeir mətnindəki yeri", "Özbək mətnşünaslığında transkripsiya məsələləri", "Təsəvvüf və təsəvvüf ədəbiyyatı haqqında", "Teymurilər dövrü əlyazma irsi mənbələri" və s. mövzularda məruzə və çıxışlar dinlənilib.
Tehsil-press.az