Salyanda məktəblilər olan mikro-avtobus aşdı - Ölən və yaralananlar var

Salyanda məktəblilər olan mikro-avtobus aşdı - Ölən və yaralananlar var Salyan məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.
Şirvan şəhərindən şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi “Mercedes Vito” markalı mikro avtobusun idarəetməsini itirərək aşırıb.
Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu vəfat edib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
***
Qəza nəticəsində 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib. Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər