“Unudulmuş epidemiya”: Koronavirusdan daha ölümcül, amma...

“Unudulmuş epidemiya”: Koronavirusdan daha ölümcül, amma... Afrika qitəsində COVID-19-dan daha öldürücü olan malyariya çarə tapılmır. Səbəbi malyariyaya qarşı peyvəndin koronavirus kimi gəlir gətirməməsidir. Peyvənd hazırlayanlar isə vəsait çatışmazlığı yaşayırlar.
Bu barədə “Haber Global” xəbər verib.
Bildirilir ki, Burkina-Fasoda bir çox xəstəxanada hələ indiyə qədər koronavirusdan ölüm qeydə alınmayıb. Ancaq malyariyaya görə artıq qəbiristanlıqlarda yer qalmayıb.
Mütəxəssislər bu xəstəliyə “unudulmuş epidemiya” deyirlər. Ağcaqanadlar tərəfindən yayılan bu xəstəlik ildə 400 min ölümə səbəb olur. Ən böyük risk qrupunda olanlar isə afrikalı uşaqlardır.

Tehsil-press.az

Oxşar xəbərlər