
Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib. Bildirilib ki, bu pandemiya başlayandan etibarən bir gündə qeydə alınan ən yüksək ölüm sayıdır.
Ötən gün ərzində ölkədə daha 2 637 insanda koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 245 min 688-yə çatıb. Bu günə qədər ümumilikdə 11 931 nəfər xəstəlik səbəbindən həyatını itirib, 201 min 330 pasiyent isə müalicə olunaraq sağalıb.
Ölkədə 1 milyon 794 min 727 nəfərin koronavirus testindən keçdiyi qeyd olunub.
Tehsil-press.az