“Babayanın 200 min dollarlıq avtomobillə Xankəndidən İrəvana qaçdığını bilirsiniz...?”

“Babayanın 200 min dollarlıq avtomobillə Xankəndidən İrəvana qaçdığını bilirsiniz...?” “Samvel Babayanın dili açılıb, düşüncə və fikirlər bildirir, onu-bunu ittiham edir və bu fəlakətin günahını kapitulyantın üzərindən çıxarır, başqalarının üzərinə qoyur”.
Bunu erməni siyasi xadim Mihran Hakobyan yazıb.
“Və bunu elə bir tonda edir ki, sanki müharibə zamanı (qondarma qurumun – red.) “təhlükəsizlik şurasının katibi” o yox, məsələn, Qrzonun oğlanları olub.
Əlbəttə, bu qeyri-ciddi insanı sadəcə görməzdən gəlmək olar. Lakin böyük-böyük danışana mütləq verilməli olan bir sual var: general Babayan, müharibədən əvvəl “təhlükəsizlik şurasının katibi” kimi “bunu götürmək, onu götürmək üçün irəli gedəcəm” lüğətində danışırdı.
Müharibə zamanı Babayanın hara getdiyini, nə götürdüyünü, ümumiyyətlə nə ilə məşğul olduğunu, Şuşada nə etməli olduğunu, lakin etmədiyini və niyə noyabrın 26-da 200 min dollarlıq avtomobillə Xankəndidən İrəvana qaçdığını bilirsiniz?”, - deyə o qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər