Medvedevin müavininin təyyarəsi Estoniyaya buraxılmadı

Medvedevin müavininin təyyarəsi Estoniyaya buraxılmadı Estoniya hökuməti Rusiya Baş Nazirinin müavini Yuri Borisovun olduğu təyyarənin ərazisindən keçməsinə icazə verməyib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, insident bu ilin oktyabrında baş verib.
“Rəsmi Moskva Estoniya hakimiyyətinin bu cür hərəkətlərini ikitərəfli münasibətlər qurarkən nəzərə alacaq”, -deyə o, vurğulayıb.
Zaxarova qeyd edib ki, Tallin son illərdə Rusiya dənizçilərindən və təyyarələrindən üçüncü dəfə imtina edir. Belə ki, Estoniya hakimiyyəti Rusiyaya məxsus “Akademik Primakov” gəmisinin, aprel ayında isə Rusiya təlim gəmisi “Sedov”un Estoniyanın ərazi sularına girişinə mane olub.

Tehsil-press.az


Oxşar xəbərlər