
“Ümid edirik ki, beynəlxalq səfərlərə qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra münaqişənin həlli ilə bağlı bütün kompleks məsələləri işləmək imkanı yaranacaq”, - nazirlik rəsmisi qeyd edib.
O, həmçinin bildirib ki, ötən həftə münaqişə zonasındakı vəziyyət ATƏT-in Minsk qrupunun və Daimi Şurasının iclasında təşkilatın bütün iştirakçılarının iştirakı ilə nəzərdən keçirilib.
M. Zaxarova xatırladıb ki, Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə təcili təmasları olub: “Bu həftə o, Azərbaycan və Ermənistanın Moskvadakı səfirləri ilə vəziyyəti müzakirə edib. Hərbi idarələrin xətti ilə qarşılıqlı fəaliyyət həyata keçirilir”.
Tehsil-press.az