BDU-nun professoru Qırğız-Türk Manas Universiteti tərəfindən keçirilən konfransda məruzə edib

BDU-nun professoru Qırğız-Türk Manas Universiteti tərəfindən keçirilən konfransda məruzə edib Qırğızıstanın Bişkek şəhərində “Riyazi analiz, diferensial tənliklər və tətbiqləri (MADEA-9)” adlı beynəlxalq elmi konfrans keçirilib.
BDU-nun Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov konfransın plenar iclasında dəvətli məruzəçi kimi “Diferensial həndəsi obyektlərin lift problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müvafiq problemlər üzrə yeni metod təklif olunub və əldə edilən yeni lift sinifləri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, konfrans Qırğız-Türk Manas Universiteti tərəfindən təşkil olunub və 25 ölkənin riyaziyyatçı alimləri bu tədbirdə iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər