Tarix fakültəsinin dekanı, dosent Azad Rzayevin çıxışından sonra Türk xalqlarının tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – 98 yaşlı Bakı Dövlət Universitetin Azərbaycan Respublikası ilə yaşıd olan Türk xalqları tarixi kafedrası” mövzusunda məruzə edib.
BDU-nun professoru Qabil Əliyev tariximizin araşdırılmasında və təbliğində əvəzsiz xidmətləri olan “Tarix və onun problemləri” jurnalının 20 illik fəaliyyətindən bəhs edib.
Təbrik çxışlarında kafedranın fəaliyyətindən, elm və təhsil sistemindəki rolundan danışılıb.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. 12 bölmədə 57 məruzə dinlənilib.
Mətbuat və informasiya şöbəsi






