Texniki Universitet Türkiyənin Selçuk Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Texniki Universitet Türkiyənin Selçuk Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb Türkiyə Respublikası Selçuk Universitetinin nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Görüş çərçivəsində universitetlər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər “Erasmus+”, “Mövlana” mübadilə proqramlarından qarşılıqlı yararlanmaq üçün, “SABAH” magistratura proqramı çərçivəsində AzTU-da həyata keçiriləcək “Təchizat zəncirinin logistikası və nəqliyyatı” ixtisaslaşması üzrə əməkdaşlıq etməklə bağlı razılığa gəlib.
Bundan başqa, layihələrdə hər iki universitetin tələbə və müəllimlərinin iştirakı, magistr və doktorluq dissertasiyalarına birgə rəhbərlik məsələləri də memorandumda əksini tapıb.

Tehsil-press.az


Oxşar xəbərlər