
Bu barədə regionun qubernatoru Vladimir Solodov bildirib.
“Mənim Sərəncamıma uyğun olaraq, Kamçatka diyarının bütün ərazisində üç günlük matəm elan edilib. 7-9 iyulda bölgənin bütün ərazisində Rusiya Federasiyasının dövlət bayraqları və Kamçatka diyarının bayraqları endirilməlidir. Teleradio şirkətlərinə və mədəniyyət müəssisələrinə əyləncəli verilişlərin və tədbirlərin ləğv edilməsi təklif olunub”, - region hökumətinin rəsmi saytı Solodovun sözlərini sitat gətirir.
Daha əvvəl Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, Petropavlovsk-Kamçatka-Palana reysi üzrə hərəkət edən təyyarənin göyərtəsində 6-sı ekipaj üzvü və 22-si sərnişin olmaqla 28 nəfər olub. Qəza nəticəsində sağ qalan olmayıb.
Tehsil-press.az