Efiopiya martın 11-i matəm günü elan edib
Efiopiya Ethiopian Airlines aviaşirkətə məxsus təyyarənin qəzaya uğraması səbəbindən martın 11-i matəm günü elan edib. Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarənin göyərtəsində 149 sərnişin və 8 ekipaj üzvü olub.
Qəza təyyarənin Əddis-Əbəbənin aeroportundan havaya qalxmasından 6 dəqiqə sonra baş verib. Təyyarə şəhərdən 40 kilometrdən az məsafə aralığında düşüb.
Tehsil-press.az
- Baxış: 5910
Xəbərin tarixi: 11.03.2019 / 11:10
-
Oxşar xəbərlər