ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək. Bunu ABŞ Prezidenti Co Bayden deyib. Bayden bildirib ki, Əfqanıstanın gələcəyini müəyyənləşdirmək bu ölkənin xalqının vəzifəsidir: “ABŞ Əfqanıstan təhlükəsizlik qüvvələrinə maliyyə, texniki dəstək və Kabilə humanitar yardım göstərməyə davam edəcək".