Xorvatiyada kəskin istilər səbəbindən ən yüksək təhlükə kodu elan edilib

Xorvatiyada kəskin istilər səbəbindən ən yüksək təhlükə kodu elan edilib Xorvatiyada kəskin istilər səbəbindən ən yüksək təhlükə - qırmızı təhlükə kodu elan edilib.
Zaqreb, Osijecko-Baranja və Karlovatska bölgələrində havanın temperaturu gün ərzində müsbət 40 dərəcəyə qədər yüksəlib. Zaqrebin bir sıra bölgələrində 39 dərəcə isti qeydə alınıb.
Meteoroloqların proqnozlarına görə, istilərin bir neçə gündən sonra geri çəkiləcəyi ehtimalı var. Bununla belə, vətəndaşlara xüsusilə yaşlılara ehtiyac olmadıqda evlərindən çıxmağı məsləhət görülmür.

Tehsil-press.az

Oxşar xəbərlər