Pedaqoji Universitetin Quba filialında yeni layihəyə start verilib

Pedaqoji Universitetin Quba filialında yeni layihəyə start verilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “ADPU-nun Quba filialı: regionun elm, təhsil və mədəniyyət məbədi” adlı layihəyə start verilib.
Əvvəlcə tədbir iştirakçıları - filialının direktoru, dosent Yusif Alıyev, ADPU-nun mətbuat katibi Cavid Hüseynov və universitet əməkdaşları rayonun Şəhidlər xiyabanını ziyarət ediblər.
Layihə qarşıdakı bir ay ərzində universitetin Quba filialının tarixi-mədəni irsini, müasir yanaşmalarını, maddi-texniki bazasını, strukturlarının fəaliyyətini və gələcək perspektivlərini geniş ictimaiyyətə çatdırmağı nəzərdə tutur.
Layihə ADPU-nun 100, Quba filialının 30 illik yubileyinə həsr olunub.

Tehsil-press.az

Oxşar xəbərlər