
Z.Həsənov azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq baş vermiş bugünkü insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
C.K.Stitt Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Ötən il qazanılan qələbənin Azərbaycan Ordusunun yüksək hazırlığının göstəricisi olduğunu qeyd edən Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor M.Tompson şəhid olanların ailələrinə başsağlığı verib.
Tehsil-press.az