Zakir Həsənov general rütbələrini təqdim etdi - Video

Zakir Həsənov general rütbələrini təqdim etdi - Video Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident İlham Əliyevin sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.
Hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib.
Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Qeyd edək ki, Prezidentin iyunun 24-də imzaladığı sərəncamla Azərbaycan Ordusunun 6 polkovnikinə - Qədir Əşrəf oğlu Nəsibova, Rasim Rza oğlu Babayevə, Vüqar Əfqan oğlu Əliverdiyevə, Polad İsrayıl oğlu Həşimova, İlqar Zakir oğlu Lətifova və Məhəmməd Kərim oğlu Həsənova general-mayor rütbəsi verilib. Bundan əlavə, iki general-mayora - Fuad Nadir oğlu Məmmədov və Zahid İbrahim oğlu Hüseynova isə general-leytenant ali hərbi rütbəsi verilib.



Tehsil-press.az

Oxşar xəbərlər