“Biz onları yolunu azmış Azərbaycan vətəndaşları sayırıq” - İlham Əliyev

“Biz onları yolunu azmış Azərbaycan vətəndaşları sayırıq” - İlham Əliyev Ötən gün Prezident İlham Əliyev “CNN Türk” telekanalına müsahibəsində Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan ermənilərdən də danışıb.
Dövlət başçısı onları “yolunu azmış Azərbaycan vətəndaşları” adlandırıb:
“Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var.”
Prezident jurnalistin “Mədəniyyətə də sahib çıxırsınız. Burada bir erməni kilsəsi var, heç toxunulmayıb, heç ziyan görməyib” sualına isə belə cavab verib:
“Bəli, əksinə, biz onu təmir etdik. O, şəhərin mərkəzində yerləşir və əgər oraya kimsə getsə görər ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə nə etdilər? Müqayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerlə bir etdilər. Ona görə bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq. Ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq.”

Tehsil-press.az


Oxşar xəbərlər