Sinqapur Səhiyyə Nazirliyi əhalinin 80 faizinin peyvənd edildiyini açıqlayıb

Sinqapur Səhiyyə Nazirliyi əhalinin 80 faizinin peyvənd edildiyini açıqlayıb Sinqapurda əhalinin 80 faizi "COVID-19" əleyhinə tam peyvənd kursunu bitirib.
Bu barədə Sinqapurun Səhiyyə naziri He Ye Kun bildirib.
"Yeni bir mərhələ keçdik - sakinlərimizin 80 faizi peyvəndin iki komponentinin tətbiqindən ibarət tam vaksinasiya kursunu başa vurub", nazir "Facebook" səhifəsində yazıb.
Sinqapur yüksək əhəmiyyətli beynəlxalq dəniz qovşağıdır. 5.7 milyon əhalisi olan şəhər-ölkədə pandemiya dövründə sərt karantin sayəsində 67.2 min koronavirus infeksiyasına yoluxma halı aşkar edilib, 55 nəfər virusun törətdiyi nəticələrindən dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər