
Tətbiq Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.
“CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə aidiyyati səlahiyyətli şəxs yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVİD-19 pasportunu yoxlaya biləcək. Tətbiq üzərindən vətəndaşın COVID-19 pasportu aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanıla bilər:
1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;
2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;
3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;
4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.
COVID-19 pasportlarının yoxlanılması üçün “CheckApp” mobil tətbiqini icaze.e-gov.az portalından yükləmək və daha ətraflı təlimat videosunda tanış olmaq mümkündür:
Tehsil-press.az