Gürcüstanda koronavirusdan ölənlərin sayı 7700-ü keçdi

Gürcüstanda koronavirusdan ölənlərin sayı 7700-ü keçdi Gürcüstanda ötən sutka ərzində 83 nəfər koronavirusdan dünyasını dəyişib.
Bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. Məlumata əsasən, son 24 saat ərzində qonşu ölkədə 2684 yeni yoluxma halı qeydə alınıb, 2695 nəfər isə virusdan sağalıb.
Qeyd edək ki, koronavirus pandemiyası başlayandan bu günə qədər Gürcüstanda 562 627 yoluxma halı qeydə alınıb. Bununla yanaşı, pandemiya dövründə bu ölkədə 7732 nəfər koronavirusdan dünyasını dəyişib, 509, 181 nəfər isə sağalıb.

Tehsil-press.az



Oxşar xəbərlər