Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edilib

Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edilib Azərbaycanda 2021-2022-ci tədris ilində məktəblilərin tətil günlərində dəyişiklik edilib.
Bu, Nazirlər Kabineti “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Qərarında öz əksini tapıb. Qərara əsasən, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib. Həmçinin ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilib.

Tehsil-press.az


Oxşar xəbərlər