Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır. Qış tətili yanvarın 27-31 tarixlərini əhatə edir. Tətildən sonra 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, 5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.