
Bu barədə ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general Con Hayten deyib.
“Rusiyanın nüvə qüvvələri tamamilə modernləşdirilib, bizimkilər isə yox”, - deyə hayten bildirib.
O, ölkəsini silahları modernləşdirmək üçün bürokratik prosedurları sürətləndirməyə çağırıb:
“Rusiya və Çin kimi rəqiblərimiz varsa, cəld hərəkət etməliyik. Biz hələ də çox yavaş hərəkət edirik”.
Generalın sözlərinə görə, ABŞ-ın əsas strateji uğuru Rusiya və Çinlə müharibə ehtimalını istisna etməsidir. Çünki belə bir münaqişə nüvə münaqişəsinə çevrilə bilər ki, bu da iştirakçılar və bütün planet üçün fəlakət olar.
Tehsil-press.az