Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Respublika elmi konfransı keçiriləcək

Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Respublika elmi konfransı keçiriləcək Dekabrın 16-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Müasir dünyada din təhsili” mövzusunda Respublika elmi konfransı keçirəcək.
Tədbir müasir dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli ilə bağlı təkliflər irəli sürülməsinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılması məqsədilə təşkil ediləcək.
Konfransın mövzuları:
-Sovet hakimiyyəti dövründə din təhsili sahəsində vəziyyət və din alimlərinə münasibət;
-Ümummilli lider Heydər Əliyevin siyasətində dövlət-din münasibətləri və Ulu Öndərin din sahəsinə diqqəti;
-Din təhsilində milli-mənəvi və ümumbəşəri dəyərlərin aşılanması zərurəti;
-Tolerant və multikultural mühitin formalaşması istiqamətində Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar;
-Azərbaycan Respublikasında dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasətinin təhsil müəssisələrində təbliği;
-Müasir Azərbaycan cəmiyyətində vətəndaş identikliyinin formalaşmasında din təhsili amili və rolu;
-Dinlərarası və məzhəblərarası dözümlülük kontekstində Azərbaycanda mövcud din təhsili modelinin perspektivləri;
-Dünya təcrübəsində müxtəlif din təhsili modelləri;
-Dini savadsızlığın doğurduğu fəsadlar (dini fanatizm, xurafat, radikalizm, ekstremizm) və onlarla mübarizə üsulları;
-Orta təhsil müəssisələrində dini biliklərin aşılanmasında tədris olunan fənlərin əhəmiyyəti: dünya və Azərbaycan təcrübəsi;
-Din təhsilində müvafiq dini ədəbiyyat seçiminin əhəmiyyəti;
-Dini ədəbiyyatların Azərbaycan dilinə tərcümə problemi;
-Azərbaycan dilində din sahəsində yeni dərs vəsaitlərinin və kitabların nəşri məsələsi;
-Dini maarifləndirmədə kütləvi informasiya vasitələrinin rolu;
-Dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadr və mütəxəssislərin hazırlanmasında Azərbaycan İlahiyyat İnstitutunun rolu.
Məqalə heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır. Həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır. Məqalənin mətni A4 formatda, 12 ölçülü, “Times New Roman” şriftində yığılmalıdır. Məqalə Azərbaycan, türk və ya rus dillərində [email protected] ünvanına göndərilməlidir.
Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.

Tehsil-press.az


Oxşar xəbərlər