Tələbə və məzunlar üçün Almaniyada staj proqramı

Tələbə və məzunlar üçün Almaniyada staj proqramı Mənzil-qərargahı Almaniya Federativ Respublikasının Hamburq şəhərində yerləşən Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın (ITLOS) Katibliyi tərəfindən inkişaf etməkdə olan ölkələrin tələbələri və yeni məzun olmuş şəxslər üçün staj imkanları təklif olunur.
3 aylıq staj proqramı beynəlxalq münasibətlər, hüquq, ictimaiyyətlə əlaqələr, siyasi elmlər və başqa sahələri əhatə edir. Proqrama müraciət etmək istəyən namizədlər ingilis və ya fransız dilini bilməlidir.
Proqrama sentyabrın 30-dək müraciət etmək olar. Staj proqramı barədə daha ətraflı məlumatla nazirliyin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər