Deputat Əli Abbasovun mandatı ləğv edildi

Deputat Əli Abbasovun mandatı ləğv edildi Ali Məclisin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlunun mandatı ləğv edilib.

Onun barəsində Ali Məclisə daxil olmuş vətəndaş müraciətləri əsasında İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Mərkəzi Seçki Komissiyası tərəfindən 11 dekabr 2025-ci il tarixdə Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər