İtkin balıqçıların axtarışlarına helikopter cəlb olundu - Video - Yenilənib

İtkin balıqçıların axtarışlarına helikopter cəlb olundu - Video - Yenilənib Astarada itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edilib.

Dekabrın 9-u səhər saat 08 radələrində balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir.

Artıq FHN-ə məxsus helikopter də ərazidə axtarışlara başlayıb.

Qeyd edək ki, Xəzər dənizində qohum olan iki nəfər itkin düşüb. Onlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.

***

FHN itkin düşən balıqçıların axtarışları ilə bağlı məlumat yayıb.

Bildirilib ki, dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan Həsənov Ağadədə Famil oğlu və Həsənov Turan Eyvaz oğlunun, həmçinin 27 sentyabr 2025-ci il tarixində dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.

Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

Əlavə məlumat veriləcək.



Tehsil-press.az

Oxşar xəbərlər