Türkiyə və Azərbaycanın tanınmış aktyorları, bloqer və keçmiş futbolçuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.Onlar burada dövlət himayəsində yaşayan uşaqlarla görüşərək, söhbət edib, habelə müəssisənin şəraiti ilə yaxından tanış olublar.
Uşaqlar qonaqlar üçün hazırladıqları müxtəlif ədəbi-bədii kompozisiyaları nümayiş etdiriblər. Rəngarəng çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Görüş zamanı uşaqlar və qonaqlar arasında futbol üzrə yoldaşlıq oyunu da keçirilib, həmçinin qonaqlar uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.
Tədbir səmimi anlar, maraqlı söhbətlər və xoş təəssüratlarla yadda qalıb.
Tehsil-press.az









