
Təlimlər pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikası kimi mövzuları əhatə edəcək.
Təlimlərdə iştirakçılar ali təhsildə pedaqogika və psixologiya, təhsilalanlara fərdi yanaşma ilə bağlı biliklərini artıracaq, rəqəmsal texnologiyalardan rahatlıqla istifadə qaydalarına, elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcək, qiymətləndirmə metodlarını, təlim metodlarını, sillabusların tərtib edilməsini öyrənəcək, tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcəklər.
Təlimlərdə ali təhsili olan şəxslər iştirak edə bilərlər. Təlimlər ödənişli əsaslarla, axşam saatları və həftəsonu onlayn formatda təşkil edilir. Qeydiyyatdan keçən şəxslərə proqram və ödəniş ilə bağlı ətraflı məlumat göndəriləcək.
Təhsil İnstitutunun saytında yerləşdirilmiş link vasitəsilə oktyabrın 7-dək qeydiyyatdan keçmək olar.
Tehsil-press.az