Yeni təmir olunmuş yol çöküb - Video

Yeni təmir olunmuş yol çöküb - Video Sumqayıt Dövlət Universitetinin qarşısındakı yol çöküb.
"Xəzər Xəbər"in verdiyi məlumata görə, hadisə şəhərin Ağa Quliyev küçəsində baş verib.
Yeni təmir olunmuş yolda baş verən hadisə ərazidə hərəkəti çətinləşdirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, burada əsas məsuliyyət təmir-tikintini aparan şirkətin üzərinə düşür.
Təmir yekunlaşana qədər sürücülərə Ağa Quliyev küçəsindən mümkün qədər istifadə etməmək tövsiyə edilib.



Tehsil-press.az

Oxşar xəbərlər