AzMİU-nun kitabxanasında Memarlar Gününə həsr olunan sərgi açılıb

AzMİU-nun kitabxanasında Memarlar Gününə həsr olunan sərgi açılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kitabxanasında Beynəlxalq Memarlar Gününə həsr olunan kitab sərgisi aşılıb. Universitetin elektron kitabxanasının təşkil etdiyi sərginin açılışında professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Sərgidə əsasən Memarlıq fakültəsinin müəllimlərinin, eləcə də dünya memarlarının Azərbaycan, rus, ingilis və türk dillərində nəşr edilmiş kitabları nümayiş olunub. Nadir kitablarla tanış olan tələbələr sərgiyə böyük maraq göstəriblər.
Elektron kitabxananın müdiri Aytən Rəhmanova təqdim olunan kitablar barədə sərgi iştirakçılarına məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər