Dekabrın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) memarlıq fakültəsinin 4-cü kurs tələbəsi İsmayıl Hacıyevin fərdi sərgisi keçirilib.
Azərbaycanın Əməkdar memarı, Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadənin 70 illik yubileyinə həsr olunmuş “Mənim ustadım” sərgisinin açılışında professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Sərgini giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq E.Qasımzadənin ömür yoluna nəzər salıb, Azərbaycanın müasir memarlıq tarixində öz yeri olan yubilyarla bağlı ürək sözlərini deyib, ona yaradıcılıq uğurları arzulayıb.
Rektordan sonra həmkarları E.Qasımzadənin ünvanına təbriklər səsləndiriblər.
İ.Hacıyev də çıxışında müəllimi, ustadı haqqında xoş sözlər söyləyib, ona ən xoş arzularını çatdırıb.
Göstərilən diqqət və hörmətə görə təşəkkürünü bildirən E.Qasımzadə bundan sonra da memar və müəllim kimi tələbələrinə dəstək olacağını bildirib.
Sonra sərgiyə gələnlər İsmayılın rəsmləri ilə tanış olublar. Əsasən yağlı boya ilə çəkilmiş rəsmlər – E.Qasımzadənin portreti, Azərbaycan bayrağı, şahə qalxmış Qarabağ atı, “Xosrov və Şirin” poemasından miniatür sərgi iştirakçılarının marağına səbəb olub.
AzMİU-nun Mətbuat Xidməti